Türkiyənin Ankara şəhərində Dünya Türkləri İş Adamları Dərnəyi (DTÜRK) yaradılıb.
Bizim.Media xəbər verir ki, quruma iş adamı Gencehan Tunay rəhbərlik edəcək.
Məlumata əsasən, Dərnəyin yaradılmasında məqsəd 350 milyonluq türk dünyasını yeni dünyada inkişaf etdirmək və iş birliyini inkişaf etdirərək iqtisadi bazaya çevirməkdir.
İş adamı Gencehan Tunay başçılığında qurulan DTÜRK müasir ümumbəşəri dəyərlər çərçivəsində Türkiyə, Türk dünyası və digər ölkələrin iş adamları ilə əməkdaşlıq etməyi hədəfləyir.
Dünya Türkləri İş Adamları Dərnəyinin prezidenti Gencehan Tunay qurumun məqsəd və vəzifələrini belə izah edib:
"Türk dünyasının tarixi və mədəni təcrübələrindən maksimum dərəcədə istifadə edərək türkdilli ölkələr və əlaqəli icmalar arasında çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək və birləşdirmək, əməkdaşlıq şurası yaratmaq.
Müasir ümumbəşəri dəyərlərə hörmət edərək, xüsusən də Türk dünyasında və digər ölkələrdə Türkiyənin iş adamları ilə əməkdaşlıq həmrəyliyini inkişaf etdirmək.
Ölkəmizin iqtisadi və sosial inkişafında regional və sahə potensialından ən yaxşı şəkildə istifadə edərək texnologiya və yenilik imkanlarını qiymətləndirərək milli iqtisadi siyasət və regional davamlı inkişafın formalaşmasına töhfə verməyi hədəfləyirik" (trend).
Bizim.Media
- A-
- A
- A+
Region
00:53 / 03.05.2021
Dünya türkləri BİRLƏŞİR
Hazırda oxunan: Dünya türkləri BİRLƏŞİR
Hazırda oxunan: Dünya türkləri BİRLƏŞİR
19854
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.