İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı sorğu keçirilib.
Bizim.Media xəbər verir ki, İran parlamentinin Araşdırmalar Mərkəzinə bağlı olan “Mellət” Sorğu İnstitutu prezident seçkiləri ilə bağli keçirilən son sorğunun nəticələrini açıqlayıb.
İnstitutun məlumatına görə, əhalinin 45,5%-i bu seçkidə mütləq iştirak edəcəyini, 31,8%-i tərəddüd etdiyini, 4,4%-i isə qəti şəkildə seçkidə iştirak etməyəcəyini bildirib.
Qeyd edilib ki, seçkilərə qatılanlardan 20,7%-i İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafa, 18,9%-i Təbrizdən olan millət vəkli Məsud Pezeşkiana, 18,2%-i isə İranın dini rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəliliyə səs verəcək.
Xatırladaq ki, İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Region
16:34 / 22.06.2024
İran əhalisinin çoxu prezident seçkilərində Məhəmməd Baqeri DƏSTƏKLƏYİR - SORĞU
Hazırda oxunan: İran əhalisinin çoxu prezident seçkilərində Məhəmməd Baqeri DƏSTƏKLƏYİR - SORĞU
Hazırda oxunan: İran əhalisinin çoxu prezident seçkilərində Məhəmməd Baqeri DƏSTƏKLƏYİR - SORĞU
198505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.