Mirzoyan Belarus müxalifətinin lideri Tixonovskaya ilə GÖRÜŞDÜ – VİDEO 

Mirzoyan Belarus müxalifətinin lideri Tixonovskaya ilə GÖRÜŞDÜ – VİDEO 

Hazırda oxunan: Mirzoyan Belarus müxalifətinin lideri Tixonovskaya ilə GÖRÜŞDÜ – VİDEO 

198290

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vilnüsə səfəri zamanı Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Tixanovskaya və Mirzoyan Belarus, Ermənistan və regiondakı siyasi vəziyyəti müzakirə ediblər. Həmçinin Belarus hakimiyyətinin tələbi ilə bu ölkənin vətəndaşlarının ekstradisiya edilməməsi məsələsini qaldırıblar.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl bəyan etmişdi ki, Lukaşenko orada prezident postunu tutduğu müddətdə nə o, nə də başqa rəsmi şəxs Belarusa səfər etməyəcək. Buna səbəb Belarus siyasətçisinin Azərbaycandakı açıqlamalarıdır.

Qeyd edək ki, bu, siyasətçilərin ikinci görüşüdür.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO