Bir ay ərzində sülh müqaviləsinin ümumiləşdirilməsi və imzalanması ilə bağlı əvvəllər irəli sürülən təklifə Ermənistan Azərbaycandan hələ də cavab almayıb.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vilnüsdə litvalı həmkarı ilə danışıqların yekunlarına dair brifinqdə deyib.
"Bakburila" Telegram kanalı erməni nazirin bu açıqlamasını şərh edib:
"İndi isə vəziyyətə psixiatriya nöqteyi-nəzərindən baxaq. Sülh müqaviləsi layihəsi ilə bağlı Bakının şərhlərinə aylarca cavab verməyən, prosesi ləngidən İrəvan niyə qəfil üzə çıxdı? Maraqlıdır, cəmi bir aya sülh imzalamağı təklif edir! Niyə bu addımı atırlar?
Gəlin, öncə xatırlayaq ki, Paşinyan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın israr etdiyi referendumdan yayınmağa çalışır. Bakıya, hətta nəzəri cəhətdən Ermənistandan heç bir ərazi iddiasının olmayacağına dair qəti təminat lazımdır.
Nəzərə alsaq ki, Ermənistanın konstitusiyası bu ölkənin müstəqillik elanına əsaslanır və bəyannamənin mətnində birbaşa Azərbaycanın Qarabağ ərazisinə iddia irəli sürülür. O zaman aydın olur ki, konstitusiya dəyişilmədən Ermənistanla davamlı sülhdən söhbət belə gedə bilməz. Kim zəmanət verə bilər ki, Ermənistanın növbəti başçısı sülh müqaviləsini ölkəsinin konstitusiyasına zidd olduğu üçün qeyri-qanuni elan etməyəcək?!
Deməli, Paşinyan da bunu çox gözəl anlayır. Ona görə də tez sülh müqaviləsi bağlamaq təklifini irəli sürür.
Vovayeviç həmçinin çox gözəl başa düşür ki, onu belə təklifi qəbul edilməyəcək. O isə indidən Qərbdəki auditoriyası üçün “Əlimizi uzatdıq, Azərbaycan isə vaxtı uzadır” mövzusunda demaqogiya hazırlayır.
İrəvan üçün bu cür oyunlar sadəcə olaraq növbəti cəhd və bazarlıq üçün səbəbdir. Üstəlik, Paşinyan hamı ilə bir anda sövdələşməyə çalışır - Azərbaycanla da, Qərblə də, hətta Rusiya ilə də.
Görünür, Vovayeviç “bir daşla iki dovşanı vurmaq” haqqında məşhur deyimi bilmir. Nəhayət, o, öz səhvlərindən dərs çıxarmalıdır".
Bizim.Media
- A-
- A
- A+
Region
18:03 / 20.06.2024
Mirzoyanın növbəti SƏRSƏMLƏMƏSİ – İrəvan yenə sülh mövzusunu alver predmetinə çevirir?
Hazırda oxunan: Mirzoyanın növbəti SƏRSƏMLƏMƏSİ – İrəvan yenə sülh mövzusunu alver predmetinə çevirir?
Hazırda oxunan: Mirzoyanın növbəti SƏRSƏMLƏMƏSİ – İrəvan yenə sülh mövzusunu alver predmetinə çevirir?
198191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.