Bezpalko Fransanın təxribat planını İFŞA ETDİ – “Ermənistanı ona görə silahlandırır ki...” – ÖZƏL 

Bezpalko Fransanın təxribat planını İFŞA ETDİ – “Ermənistanı ona görə silahlandırır ki...” – ÖZƏL 

Hazırda oxunan: Bezpalko Fransanın təxribat planını İFŞA ETDİ – “Ermənistanı ona görə silahlandırır ki...” – ÖZƏL 

198114

Xəbər verdiyimiz kimi, Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontrakt imzalanıb. Sözügedən texnikaların müdafiə məqsədli olduğu iddia olunsa da, reallıq fərqlidir.

Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məsələ ilə bağlı bəyanatında qeyd edilib ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.

Regiondan min kilometrlərlə uzaqda olan bir ölkənin Ermənistana münasibəti heç də İrəvanla olan dostluq münasibətlərindən xəbər vermir. Təbii ki, Afrikadan qovulan, ada dövlətlərini sömürən Makron siyasəti artıq ciddi uğursuzluqlara məruz qalır. Elə bu səbəbdən də, Ermənistan kimi ölkələrdən istifadə edən neokalizm siyasətinin banisi olan Paris, yeni müstəmləkələr axtarışındadır.

Açıq görünən mənzərə isə budur ki, Paris özü üçün növbəti kirli planlarını Cənubi Qafqazda reallaşdırmaq cəhdi uğur gətirməyəcək.

Fransanın planı nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən rusiyalı siyasi ekspert Boqdan Bezpalko hesab edir ki, Fransa Qafqaz regionunda gücünü göstərmək üçün Ermənistanı silahlandırır:

“Fransa Qafqazda və Xəzər regionunda öz təsirini nümayiş etdirmək üçün Ermənistanı silahlandırır. Fransanın əsas məqsədi Ermənistanı Rusiyadan qoparmaqdır. Silahlandırma da məhz bu plandan xəbər verir.

Hələlik Fransanın planları kifayət qədər “təvazökar”dır. Təbii ki, Fransa Ermənistan üçün heç bir münaqişədə mütləq iştirak etməyəcək. Paris yalnız Ermənistanı mənəvi cəhətdən dəstəkləyə, bəlkə də hansısa diplomatik səylər göstərə bilər.

Bundan əlavə, Fransanın Şimali Qafqaz regionuna aktiv şəkildə daxil olmaq üçün dəqiq planları yoxdur. Rusiyanın Gümrüdəki hərbi bazasının ləğvi və ya Rusiyanın Ermənistanı tamamilə tərk etməsi üçün heç bir ilkin şərt yoxdur. İndiyə qədər bütün bunlar ritorika səviyyəsində açıqlanıb”, - deyə B.Bezpalko bildirib.

Ekspert əlavə edib ki, Makron hakimiyyətinin son günlərini yaşayır:

“Elə bu səbəbdən də, özündən sonra iz qoymağa çalışır. Bu məqsədlə də Ermənistanla münasibətləri daha da səmimiləşdirir. Bununla yanaşı, Fransa Qərb dünyasının tərkib hissəsi olmaqla Rusiyanı Qafqaz regionundan sıxışdırıb çıxarmağa çalışan dövlətdir. Ona görə də şərait imkan verdiyi qədər hərəkət edir. Fransa Ermənistanla silah tədarükü ilə bağlı müqavilə bağlaya bilər. İstənilən növ kredit də verə bilər. Bu, Fransada hərbi istehsalı canlandıracaq və iş yerləri yaradacaq. Amma Fransa heç vaxt Ermənistan üçün döyüşməyəcək”, - deyə politoloq əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO