Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkildi

Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkildi

Hazırda oxunan: Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkildi

197726

Azərbaycan və Ermənistan arasında aparılmış delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib.

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə sakinlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib. 

Çakaten kəndinin sakinlərinə məşğuliyyətləri ilə bağlı sual ünvanlayan Paşinyan daha sonra onlara sərhədlərlə bağlı danışıb. O qeyd edib ki, bundan sonra əhalinin mal-qarası sərhəddən digər tərəfə keçə bilməz. Belə ki, sözügedən sərhəd dirəklərinə artıq tikanlı məftillər quraşdırılıb.
“Onsuz da indiyə qədər də keçə bilməzdilər, çünki orada sərhədçilər xidmət aparır”, deyə Paşinyan əlavə edib. 

Qeyd edək ki, mayın 24-ü aparılan delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO