“Vətən naminə Tavuş” hərəkatının etiraz aksiyalarının iştirakçısı Edqar Yuxanayev 1 ay müddətinə həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə vəkil Vaan Ovannisyan sosial şəbəkələrdə məlumat verib.
“Polis əməkdaşlarına qarşı zorakılıq ittihamı irəli sürülüb, lakin belə bir video çəkiliş və ya polis əməkdaşının ifadəsi, həmçinin heç bir video və ya ifadə yoxdur”, - deyə o, qeyd edib.
Vəkil vurğulayıb ki, Yuxanayev Aşiqlər parkında hasarları zədələməkdə ittiham olunur. Lakin videodan görünür ki, o, baryeri sındırmır, aşmaması və insanlara zərər vurmaması üçün tutur.
Qeyd edək ki, vəkil Ruben Melikyan Ermənistan parlamentinin binası yaxınlığında baş vermiş toqquşmada həbslərin ikinci dalğasının başlandığını video çəkilişlər əsasında elan edib. Səkkiz nəfər saxlanılıb, həbsləri üçün məhkəməyə vəsatətlər verilib. 6 nəfər - Armen Mnatsakanyan, Vaçik Xaçatryan, Avetik Jilavyan, Levon Səfəryan, Armenak Xaçatryan və Edqar Yuxanayev həbs edilib.
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” hərəkatı İrəvanda hakimiyyətin istefası tələbi ilə etiraz aksiyaları keçirir. İyunun 12-də Ermənistan parlamentinin binası yaxınlığında toqquşmalar baş verib, polis etirazçıları dağıtmaq üçün səs qumbaralarından istifadə edib. Nəticədə 18-i polis əməkdaşı olmaqla 101 nəfər xəsarət alıb. Ermənistan İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi açıb.
Bizim.Media
- A-
- A
- A+
Region
10:05 / 17.06.2024
İrəvanda keşişin daha bir "adamı" HƏBS EDİLDİ
Hazırda oxunan: İrəvanda keşişin daha bir "adamı" HƏBS EDİLDİ
Hazırda oxunan: İrəvanda keşişin daha bir "adamı" HƏBS EDİLDİ
197667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.