Güney Azərbaycanın Hurand şəhərinin Korn kəndində leysan yağışlardan sonra gələn sel bir neçə minik avtomobilini və traktoru aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Sakinlərin sözlərinə görə, Mesil kəndində də yaşayış evlərini su basıb.
Qeyd olunub ki, iyunun 13-də yağan güclü yağışlar nəticəsində baş verən sel Məmişlu və Mincab kəndlərinə də ciddi ziyan vurub.
Bizim.Media