“Daşnaksütyun” partiyasının Yeqnadzor və Vayots Dzordakı nümayəndəliklərində aparılan axtarışlar nəticəsində azı 10 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni jurnalistlərə partiyanın nümayəndəsi İşxan Saqatelyan məlumat verib.
Bildirilib ki, "Daşnaksütyun" nümayəndələri arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" etiraz aksiyasında fəal iştirak edirlər.
İşxan Saqatelyan qeyd edib ki, sosial şəbəkələrdə mənşəyi naməlum məlumatlar yayılıb: “Bu məlumatlarda vətəndaşlara etiraz aksiyalarında iştirak etmək üçün rüşvət təklif edilməsi iddia olunur”.
Qeyd edilib ki, bu iddialar əsasında istintaq orqanları "Daşnaksütyun" partiyasına qarşı cinayət işi açıb, təhqiqat işlərinə başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
22:43 / 14.06.2024
"Daşnaksütyun" partiyasının ofislərində axtarışlar aparılır, saxlanılanlar var
Hazırda oxunan: "Daşnaksütyun" partiyasının ofislərində axtarışlar aparılır, saxlanılanlar var
Hazırda oxunan: "Daşnaksütyun" partiyasının ofislərində axtarışlar aparılır, saxlanılanlar var
197357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.