“Minsk Ermənistanın baş naziri Nikol Paşinyanın impulsiv açıqlamalarını sakitliklə qiymətləndirir”.
Bizim.Media xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfirliyinin müşaviri, belaruslu deputat Aleksandr Şpakovski özünün "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Belarus Respublikası Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır, qarşılıqlılıq prinsipinə əsaslanaraq, öz tərəfdaşları və müttəfiqlərindən də bənzər yanaşmalar gözləyir.
"Eyni zamanda, tərəfdaş və müttəfiq seçimi rəsmi Minskin suveren məsələsidir və bu halda “ya, yaxud” yanaşması bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik", - deyə Şpakovski qeyd edib.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Lukaşenkonun Azərbaycanla bağlı bəyanatlarına görə o, Belarusa rəhbərlik etdiyi müddətcə səfər etməyəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
16:40 / 13.06.2024
Minskdən Paşinyana CAVAB: ”Qardaş Azərbaycanla qarşılıqlı əlaqəmizi davam etdirəcəyik”
Hazırda oxunan: Minskdən Paşinyana CAVAB: ”Qardaş Azərbaycanla qarşılıqlı əlaqəmizi davam etdirəcəyik”
Hazırda oxunan: Minskdən Paşinyana CAVAB: ”Qardaş Azərbaycanla qarşılıqlı əlaqəmizi davam etdirəcəyik”
197135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.