Ermənistan Belarusdakı səfirini geri çağırdı - FOTO

Ermənistan Belarusdakı səfirini geri çağırdı - FOTO

Hazırda oxunan: Ermənistan Belarusdakı səfirini geri çağırdı - FOTO

197088

Ermənistan Respublikasının Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana  çağırılıb.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin spikeri Ani Badalyan bildirib.

"Sputnik Ermənistan" nəşri yazır ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Aleksandr Lukaşenko bu ölkənin lideri olduğu müddətdə Belarusa heç vaxt səfər etməyəcək, çünki Minsk KTMT-nin üzvü olmaqla 44 günlük müharibədə Azərbaycanı dəstəkləyib.

Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında demişdi ki, İrəvan KTMT-dəki iştirakını dondurub. Martda Paşinyan bəyan etmişdi ki, təşkilat İrəvanın ölkənin suveren ərazisi ilə bağlı verdiyi suallara cavab verməsə, Ermənistan KTMT-dən çıxacaq. Üstəlik, daha əvvəl erməni tərəfi KTMT tədbirlərində iştirakını dayandırıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti respublikanın “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan və təşkilatın bu qərarda nəzərdə tutulan fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcəyini deyib.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO