Erməni spiker Xocalı qatilini parlamentin tribunasından qovdu – VİDEO

Erməni spiker Xocalı qatilini parlamentin tribunasından qovdu – VİDEO

Hazırda oxunan: Erməni spiker Xocalı qatilini parlamentin tribunasından qovdu – VİDEO

197081

Ermənistan parlamentinin spikeri Alen Simonyan "Ermənistan" fraksiyasının rəhbəri, Ermənistan Respublikasının keçmiş müdafiə naziri, Xocalı qatili Seyran Ohanyanı tribunadan qovub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Belə ki, Ermənistan parlamentində müxalifət fraksiyasının deputatları spiker Alen Simonyanı deputat avtomobillərinin parlamentə girişinə məhdudiyyət qoymaqda ittiham edib. Seyran Ohanyan parlamentin tribunasına qalxaraq Alen Simonyanı “yalan danışmaqda” ittiham edib.

Erməni spiker isə Ohanyanın özünün yalan danışdığını bildirib və onu parlamentin tribunasından qovub.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO