Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirilən hökumət saatı zamanı müxalifəti “Qarabağ erməniləri”ndən “mitinq materialı” kimi istifadə etməkdə ittiham edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
“Çünki Qarabağın taleyi sizi maraqlandırmır. Siz burada mitinqlər keçirirsiniz, 3-4 mindən çox adam toplayırsınız. Sizə yalnız iştirakçılar lazım idi. Qarabağ sakinlərini Ermənistan hökumətinə və xalqına qarşı o qədər qızışdırdılar ki... Onlar 1998-ci ildən hakimiyyəti saxlamaq üçün sizə lazım idi. Bu gün onları mitinqə bir material kimi 5 min dram verərək gətirdiniz”, – Paşinyan qışqırıb.
Onun bu çıxışı Robert Köçəryanın fraksiyasından olan müxalifətçi deputat Anna Qriqoryanı bərk əsəbiləşdirib:
"Əvvəlki hakimiyyətin etirazlarını yatırmaq dilindən düşmürdü, indi imkan ver, keşiş etirazını etsin".
Paşinyan isə onunla mübahisə edən "Köçəryanın Anna"sını söyməkdən özünü güclə saxlayıb.
Xatırladaq ki, iyunun 12-də axşam saatlarında Ermənistan parlamentinin binası yaxınlığında polislə etirazçılar arasında toqquşma zamanı 100-dən çox insan xəsarət alıb.
Bizim.Media