Ermənistan Daxili İşlər Nazirliyi (DİN) İrəvanda parlament binası yaxınlığında keçirilən aksiya iştirakçılarını toqquşmalara səbəb olan qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlik bəyanat yayıb.
“Bugünkü aksiya zamanı bəzi iştirakçılar Baqramyan prospekti ilə Dəmirçyan küçəsinin kəsişməsində polisə butulka atıb, kordonu yarmaq istəyərkən isə polisin dəyənək və qalxanlarını götürüblər”, - məlumatda deyilir.
Həmçinin nümayişçilərə istənilən qanunsuz hərəkətin adekvat cinayət mühakiməsi ilə nəticələnəcəyi barədə xəbərdarlıq edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
20:57 / 12.06.2024
Ermənistan DİN nümayişçilərə XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Ermənistan DİN nümayişçilərə XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Ermənistan DİN nümayişçilərə XƏBƏRDARLIQ ETDİ
197005
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.