“Bakının tələblərindən biri budur ki, Ermənistanın hazırkı Konstitusiyasında Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan elementlər var. Azərbaycan hakimiyyətinin nöqteyi-nəzərindən bu, münasibətlərin yekun tənzimlənməsinin mühüm elementidir. Rəsmi Bakı bu məsələdə haqlıdır.Axı, dövlətin təsis sənədində başqasının torpağına dair iddialar varsa, sülh sazişinə imza atan dövlət qonşusunun ərazi bütövlüyünü necə tanıya bilər? Hüquqi baxımdan belə uyğunsuzluq suallar doğurmaya bilməz və onu aradan qaldırmaq lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu İMEMO RAS-ın Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçin Rusiya mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Konstitusiyaya istənilən dəyişiklik dövlətlər üçün fundamental hadisədir və Ermənistan hakimiyyəti bunun təşkili üçün çox böyük iş görməlidir:
“Burada həm cəmiyyətdən, həm də müxalifətdən çoxlu suallar olacaq və düzəlişlər etmək o qədər də asan olmayacaq. Amma ən azı baş nazir Nikol Paşinyanın açıqlamalarına görə, biz görürük ki, hakimiyyət Ermənistan Konstitusiyasında bu və ya digər dəyişikliyə hazırdır.
Burada əvvəlki illərlə indiki etirazları müqayisə etməyə dəyər. Əvvəllər Nikol Paşinyan müxalifətin çıxışlarına fəal cavab verir, tərəfdarlarını toplayır və hökumətyönlü mitinqlər təşkil edirdi. İndi görürük ki, o, bunu etmir. Baş nazir gündəlik işini görür, o cümlədən müxtəlif ölkələrə səfərlər edir. Siyasi psixologiya səviyyəsində bu, o deməkdir ki, Paşinyan müxalifətin yeni fəaliyyəti ilə bağlı heç bir narahatlıq nümayiş etdirmir.
Nikol Paşinyanın iqtidarının sabitliyinə müxalifətin Ermənistanın gələcək həyatı üçün aydın yol xəritəsinin, ciddi gündəmin olmaması, yalnız Paşinyanın istefasını tələb etməsi çox kömək edir.
Bu arada baş nazirin özünün də belə bir yol xəritəsi var və ona görə də o, özünü kifayət qədər inamlı hiss edir və başa düşür ki, müxalifətin ölkədəki vəziyyətə hansısa formada təsir etmək şansı çox deyil”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
15:40 / 08.06.2024
Stanislav Pritçin: “Ermənistan konstitusiyasındakı ərazi iddialarını aradan qaldırmalıdır”
Hazırda oxunan: Stanislav Pritçin: “Ermənistan konstitusiyasındakı ərazi iddialarını aradan qaldırmalıdır”
Hazırda oxunan: Stanislav Pritçin: “Ermənistan konstitusiyasındakı ərazi iddialarını aradan qaldırmalıdır”
196308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.