Azərbaycanla Ermənistan arasında sülh sazişi 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 konfransına qədər imzalana bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi proqnozunda bildirilib.
Qeyd edilib ki, regionda dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir:
"Sülh müqaviləsinin imzalanmasında mübahisəli məqamlardan biri sərhədlərin demarkasiyası prosesi olaraq qalır. Ermənistan hökuməti Azərbaycanın bir neçə eksklav kəndini təhvil vermək tələbi ilə razılaşıb. Bu, Ermənistanda baş nazir Nikol Paşinyanın istefasının tələb edildiyi ictimai etirazlara səbəb olub. Buna baxmayaraq, hər iki tərəf Avropanın və Müstəqil Dövlətlər Birliyinin bir sıra paytaxtlarında keçirilən ikitərəfli danışıqları sürətləndirib. Rəsmi açıqlamalar göstərir ki, sazişin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 konfransına qədər imzalanması mümkün olaraq qalır".
Bizim.Media
- A-
- A
- A+
Region
12:48 / 08.06.2024
S&P: COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər
Hazırda oxunan: S&P: COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər
Hazırda oxunan: S&P: COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər
196299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.