Ermənistanda yanacaqdoldurma məntəqələrindən birində güclü partlayış baş verib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İrəvan-Sevan (İrəvan-Göyçə) yolunun 2-ci kilometrliyində baş verən partlayışdan sonra yanğın başlayıb.
İlkin məlumatlara görə, yanacaqdoldurma məntəqəsində maye qaz çəni partlayıb. Nəticəsdə 7 nəfər yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media