“Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin tezliklə Ermənistana qayıdacaq və vəzifəsinin icrasına davam edəcək”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
Qaluzin qeyd edib ki, diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasından söhbət gedə bilməz: “Mərkəzdən məsləhətləşmələr üçün səfirin çağırılması ümumi diplomatik praktikadır”.
Xatırladaq ki, mayın 24-də Rusiyanın Ermənistandakı səfəri Sergey Kopırkin Moskvaya geri çağırılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunu səfirin məsləhətləşmələr üçün gəlməsilə əlaqələndirib.
Bizim.Media
- A-
- A
- A+
Region
19:13 / 06.06.2024
Rusiya XİN: “Moskvaya çağırılan səfir tezliklə İrəvana qayıdacaq”
Hazırda oxunan: Rusiya XİN: “Moskvaya çağırılan səfir tezliklə İrəvana qayıdacaq”
Hazırda oxunan: Rusiya XİN: “Moskvaya çağırılan səfir tezliklə İrəvana qayıdacaq”
196058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.