Keşiş Baqrat Serj Sarkisyanla görüşdüyünü ETİRAF ETDİ

Keşiş Baqrat Serj Sarkisyanla görüşdüyünü ETİRAF ETDİ

Hazırda oxunan: Keşiş Baqrat Serj Sarkisyanla görüşdüyünü ETİRAF ETDİ

195654

Etirazlar zamanı eks-prezidentlərdən mən yalnız Serj Sarkisyanla görüşmüşəm.

Bizim.Media xəbər verir ki, bunu revanşist keşiş Baqrat Qalstanyan yerli jurnalistlərə açıqlamasında deyib.

"Qalanları hələ belə bir istək bildirməyiblər və buna heç bir əsas olmayıb. Ancaq Kirantsdakı hadisələrdən və hərəkatın başlamasından yarım ay əvvəl birinci prezident Levon Ter-Petrosyanla görüşüm oldu. Yaxın gələcəkdə yeni görüş nəzərdə tutulmur", deyə o, qeyd edib.
Xatırladaq ki, bugünədək Baqrat sabiq prezidentlərlə görüşmədiyini və onlardan heç bir təlimat almadığını demişdi. 

Görünür, onun əsas "məsləhətçisi" Xankəndi şəhərində doğulan Xocalı qatili Serj Sarkisyan olub. 

Yeri gəlmişkən, Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. Bu səbəbdən Serj Sarkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO