İrəvanda “Vətən uğrunda Tavuş” hərəkatının nümayəndələri fəalların saxlanmasına etiraz əlaməti olaraq Ermənistan İstintaq Komitəsinin binası qarşısında özlərini zəncirləyiblər.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında saxlanılan tərəfdarlarının azad edilməsini tələb ediblər.
Vəkil Ruben Melikyan qeyd edib ki, mayın 31-də Ermənistan XİN-də saxlanılan vətəndaşlara qarşı hələ də qanunla müəyyən edilmiş qaydada ittiham irəli sürülməyib. Bu o deməkdir ki, 72 saat həbsdən sonra onların hamısı azadlığa buraxılmalıdır.
Bizim.Media