Ermənistan baş naziri Nikol Paşinyan velosiped sürərkən özünü videoya çəkib və paylaşıb.
Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, Paşinyan öz paylaşımına belə bir müşayiətçi cümlə də yazıb:
"Velosipedçilər günü vəsiləsi ilə".
Görünən budur ki, keşiş Baqrat Qalstanyan Ermənistanı dolaşıb, qan-tər içində aksiyalar keçirir. Nikol Paşinyan isə onu və etirazçıları vecinə də almadan öz işini, həyatını, görüş və əyləncəsini davam etdirir.
Xatırladaq ki, 1 aydan çoxdur ki, Ermənistan müxalifəti Qazaxın kəndlərinin qaytarılması, delimitasiya prosesinə start verilməsi bəhanəsi ilə "Tavuş naminə Ermənistan" adlı hərəkat quraraq, Paşinyanı devirməyə çalışır.
Erməni Katolik Kilsəsi də prosesə dəstək verir. Bu kilsəyə bağlı arxiyepiskop Baqrat Qalstanyan hazırda etirazların formal lideridir.
Bizim.Media