Baş nazir Nikol Paşinyanla həbsxanada görüşəcəyəm.
Bizim.Media xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan İrəvanda aksiya zamanı jurnalistlərə açıqlamasında deyib.
“Mən bilirəm ki, Paşinyanla görüş proseduru var və mən ona həbsxanada baş çəkəcəyəm. Nə bu adamın, nə də Vahe Kazaryanın cəsarəti var. Bu adam (Paşinyan) hər tərəfdən tükənib: həm mənəvi, həm də hüquqi cəhətdən. Velosiped sürürdün, amma indi o velosiped haradadır?” - deyə arxiyepiskop qeyd edib.
Bizim.Media