Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyan Sərdarapat memorial kompleksinə gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, Nikol Paşinyan Sardarapat memorial kompleksində çıxış edib.
Onun sözlərinə görə, respublika təcrid olunmuş qrupların ideya və arzularına görə deyil, xalq, fərdlər, vətəndaşlar tərəfindən yaradılır:
"Bizim vəzifəmiz odur ki, respublika xalqın arzu və istəklərinə uyğun olsun. İnsan yaşamaq istəyir, əziyyət çəkməməlidir. Həyatdan həzz almaq istəyir, depressiyaya düşməməlidir. İnsan sevmək, sevilmək istəyir. İnsan dinc, azad və layiqli atmosferdə yaşamaq istəyir”.
Onun fikrincə, bu məqsədə Ermənistan Respublikası xidmət etməlidir:
"Bu isə heç də asan yol deyil, bu, tikanlardan və tələlərdən, çətin qərarlar və xəyal qırıqlıqlarından keçir, lakin bu, düz yoldur və biz vəd edilmiş ölkəyə çatacağıq".
Yeri gəlmişkən, erməni polisi ümumerməni katolikosu II Qareginin Sərdarapat memorial kompleksinə daxil olmasına mane olmağa çalışıb.
Bizim.Media