ABŞ dövlət katibi Entoni Blinken Gürcüstanın Müstəqillik Günü münasibətilə verdiyi bəyanatda deyib ki, bu ölkənin Avropa İttifaqına inteqrasiyasının perspektivlərinin nədən ibarət olduğunu yaxın aylar göstərəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
Amerika xarici siyasət departamentinin rəhbəri bildirib ki, Tbilisi üçün Avropa İttifaqına üzvlüyə namizəd statusunun əldə edilməsi tarixi ölçülərin nailiyyətidir:
"Növbəti bir neçə ay bu fürsətin reallığa çevrildiyini görmək baxımından kritik olacaq". "Biz Gürcüstan rəhbərliyini onu düzgün istiqamətə yönəltmək üçün lazımi addımları atmağa çağırırıq", - Blinken deyib.
Dövlət katibi deyib ki, Birləşmiş Ştatlar Gürcüstanın demokratik gələcəyinə və çiçəklənməsinə sarsılmaz sadiqdir və onun suverenliyi və bütövlüyünün tərəfdarları sırasındadır.
Bizim.Media
- A-
- A
- A+
Region
10:12 / 27.05.2024
Blinken: "Yaxın aylarda Gürcüstanın taleyinə aydınlıq gələcək"
Hazırda oxunan: Blinken: "Yaxın aylarda Gürcüstanın taleyinə aydınlıq gələcək"
Hazırda oxunan: Blinken: "Yaxın aylarda Gürcüstanın taleyinə aydınlıq gələcək"
194244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.