Müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın müxtəlif yerlərində səhər tezdən vətəndaş itaətsizliyi aksiyaları başlayıb.
Bizim.Media xəbər verir ki, İrəvanda artıq aksiya iştirakçılarının saxlanmasına başlanılıb.
Bəzi məlumatlara görə, deputat Artur Sarkisyan nəzarətə götürülüb.
“Qırmızı berelilər” arxiyepiskop Baqratın küçəni kəsmək üçün istifadə etdiyi avtomobili İrəvanın mərkəzində yolun hərəkət hissəsindən uzaqlaşdırmağa çalışır.
İtaətsizlik aksiyaları çərçivəsində İrəvan-Sevan avtomobil yolu da bağlanıb.
Xatırladaq ki, ötən gün arxiyepiskop Baqrat Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizədliyi elan edilib.
Bizim.Media