Rəisinin həyat yoldaşı prezidentliyə namizəd olacaq? - FOTO

Rəisinin həyat yoldaşı prezidentliyə namizəd olacaq? - FOTO

Hazırda oxunan: Rəisinin həyat yoldaşı prezidentliyə namizəd olacaq? - FOTO

194096

İranın mərhum dövlət başçısı İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmulhudan ölkədə keçiriləcək növbədənkənar prezident seçkisində namizədliyini irəli sürə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Mühafizəkarlar Cəmilə Ələmulhudanın həm həyat yoldaşının hökumətdəki yolunu davam etdirə bilməsi, həm də İranın ilk qadın prezidenti olması üçün namizədliyini irəli sürməsini gündəmə gətiriblər. Lakin qeydiyyatdan keçəcəyi təqdirdə xanımın Konstitusiyanın İcrasına Nəzarət Şurasının reaksiyasını gözləməsi lazımdır.
Qeyd edək ki, Mühafizəçilər Şurası 1979-cu ildən bəri heç vaxt qadınların prezidentliyə namizədliyini təsdiq etməyib. Üstəlik Cəmilə Rəisinin həyat yoldaşı kimi dövlət işlərinə öz ambisiyaları və müdaxiləsi ilə Xameneini xeyli narahat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO