İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, qəzaya uğrayan helikopterin hissələrinin incələnməsi zamanı güllə izlərinə rast gəlinməyib:
“Rəisinin helikopteri yalnız dağa çırpıldıqdan sonra alovlanıb. Qəza zamanı pilot daha iki helikopterin pilotları ilə əlaqə saxlaya bilib”.
Həmçinin bildirilib ki, helikopterin axtarışları dumanlı, soyuq hava və çətin relyefə görə bütün gecə davam edib.
Məlumata görə, qəza yerini ilk İrana məxsus PUA müəyyənləşdirib.
Araşdırmalar davam edir.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmir Abdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.
Bizim.Media
- A-
- A
- A+
Region
23:58 / 23.05.2024
Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri AÇIQLANIB
Hazırda oxunan: Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri AÇIQLANIB
Hazırda oxunan: Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri AÇIQLANIB
193749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.