Helikopter qəzasında həlak olan İran Prezidenti mərhum İbrahim Rəisi dəfn olunub.
Bizim.Media xəbər verir ki, Rəisi İranın Məşhəd şəhərindəki İmam Rza məqbərəsində dəfn edilib.
Əl-Cəzirə-nin məlumatına görə, Rəisi ölkədə şərəfin ifadəsi olan İmam Rza türbəsində dəfn edilən ilk yüksək rütbəli siyasətçi olub.
Mərhum prezidentin dəfn mərasiminə 3 milyona yaxın şəxs qatılıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmir Abdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.
Bizim.Media