Ermənistan hakimiyyəti dövlət ehtiyacları üçün erməni apostol kilsəsinin əmlakını əlindən ala bilər.
Bizim.Media xəbər verir ki, bunu parlamentdə keçirdiyi brifinqdə baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyası fraksiyasının katibi Artur Ovannisyan deyib.
“Erməni apostol kilsəsinin xüsusi statusu var, lakin Ermənistanda baş verən demokratik və vergi dəyişikliklərini nəzərə alsaq, dövriyyədə olan maliyyə resursları kölgədən çıxmalıdır. Bəli, kilsənin bir sıra imtiyazları var, elə ərazilər var ki, istifadə olunmur. Onlar dövlətin müxtəlif ehtiyacları üçün istifadə edilə bilər” – deyə o bildirib. Ovannisyanın sözlərinə görə, kilsə dövlətlə əməkdaşlıq etməli və kölgədən çıxmalıdır”.
Xatırladaq ki, Ermənistanda Tavuş yeparxiyasının sədri, arxiyepiskop Baqratın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının hökumət əleyhinə etirazları davam edir.
Bizim.Media
- A-
- A
- A+
Region
13:41 / 23.05.2024
Erməni apostol kilsəsinin əmlakı əlindən alınacaq?
Hazırda oxunan: Erməni apostol kilsəsinin əmlakı əlindən alınacaq?
Hazırda oxunan: Erməni apostol kilsəsinin əmlakı əlindən alınacaq?
193646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.