Hakan Fidan: “Sülh müqaviləsinin bütün region üçün müsbət nəticələri olacaq”

Hakan Fidan: “Sülh müqaviləsinin bütün region üçün müsbət nəticələri olacaq”

Hazırda oxunan: Hakan Fidan: “Sülh müqaviləsinin bütün region üçün müsbət nəticələri olacaq”

193537

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət nəticələr verəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında bildirib.

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını 30 illik erməni işğalından azad edərək Cənubi Qafqazda davamlı sülhə yol açıb.

“Ermənistan tərəfindən işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması, həmçinin Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 11-də Qazaxıstanın Almatı şəhərində görüşü müsbət haldır”, - deyə türkiyəli nazir vurğulayıb.

Bizim.Müeia

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO