Tehranda Rəisi ilə vida mərasimi keçirilir – FOTO

Tehranda Rəisi ilə vida mərasimi keçirilir – FOTO

Hazırda oxunan: Tehranda Rəisi ilə vida mərasimi keçirilir – FOTO

193449

Tehranda helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər vəzifəli şəxslərlə vida mərasimi keçirilir. 

Bizim.Media “IRIB” telekanalına istinadən xəbər verir ki, mərasim İranın Ali rəhbəri Əli Xameneyinin rəhbərliyi ilə baş tutur.  

Vida mərasimində, həmçinin hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, parlamentin spikeri Məhəmməd Baqer Qalibaf iştirak edir.  

Xatırladaq ki, İbrahim Rəisinin cənazəsi daha sonra paytaxtdan doğulduğu Məşhəd şəhərinə aparılacaq və İran lideri mayın 23-də orada dəfn ediləcək. Hüseyn Əmir Abdullahian isə mayın 23-də Tehranda Şah Əbdül-Əzim abidə kompleksinin ərazisində dəfn ediləcək. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO