Tehranda ümumxalq hüzn yürüşü başladı - VİDEO

Tehranda ümumxalq hüzn yürüşü başladı - VİDEO

Hazırda oxunan: Tehranda ümumxalq hüzn yürüşü başladı - VİDEO

193399

Bu gün səhər saatlarından etibarən paytaxt Tehranda ümumxalq hüzn yürüşü başlayıb.

Bizim.Media xəbər verir ki, mayın 19-da helikopter qəzası nəticəsində həlak olmuş İran Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın, Təbrizin imam cüməsi Seyid Məhəmməd Al-Haşimin və Şərqi Azərbaycan valisi Malik Rəhmətinin cənazələri dünən axşam saatlarında İranın paytaxtı Tehrana gətirilib.

Daha sonra Tehranın İmam Xomeyni ibadət məkanında rəsmi vida mərasimi təşkil olunub.

Qeyd edək ki, baş vermiş helikopter qəzası ilə bağlı İranda beş günlük matəm elan edilib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO