Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti üzvlərinin cənazələri Tehran hava limanından Qum şəhərinə aparılıb.
Bizim.Media xəbər verir ki, Qum şəhərində İran prezidenti və digər şəxslərlə vida mərasimi keçirilir.
Minlərlə insan küçələrə axışaraq, mərsiyə deyib, dualar oxuyublar.
Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərində dəfn ediləcək.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.
Bizim.Media