İran prezidentini aparan helikopterin vəziyyətindən dəqiq xəbər yoxdur - Qızıl Aypara Cəmiyyəti

İran prezidentini aparan helikopterin vəziyyətindən dəqiq xəbər yoxdur - Qızıl Aypara Cəmiyyəti

Hazırda oxunan: İran prezidentini aparan helikopterin vəziyyətindən dəqiq xəbər yoxdur - Qızıl Aypara Cəmiyyəti

192908

«Biz hələ də prezidenti aparan helikopterin vəziyyətindən xəbərsizik».

Bizim.Media xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mehrlə bildirib.

Məlumatda qeyd olunub ki, hələlik vəziyyətlə bağlı ətraflı məlumat yoxdur:

“Yaxında vəziyyətlə bağlı ətraflı məlumat veriləcək”.

Daxili işlər naziri Əhməd Vahidi isə bildirib ki, onlar xilasetmə qruplarının qəza yerinə getməsini gözləyir:

“Hava şəraitinin yaxşı olmaması səbəbi ilə prezidenti daşıyan helikopter sərt eniş etməli olub”.

Tasnim agentliyi yazır ki, helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO