Gürcüstanın paytaxtı Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə qarşı etiraz aksiyaları bərpa edilib.
Bizim.Media xəbər verir ki, nümayişçilər bu dəfə etiraz əlaməti olaraq Rusiya bayrağını yandırıblar.
Etirazçılar həmçinin hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının da bayrağına od vurublar.
Qeyd edək ki, Gürcüstanda bir neçə gündür hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz əlaməti olaraq aksiyalar başlayıb.
Qanun layihəsi may ayının 14-də parlamentin üçüncü oxunuşunda qəbul edilib. Buna etiraz olaraq isə bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyduğunu açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
23:32 / 18.05.2024
Tbilisidə nümayişçilər Rusiya bayrağını YANDIRDILAR - ANBAAN VİDEO
Hazırda oxunan: Tbilisidə nümayişçilər Rusiya bayrağını YANDIRDILAR - ANBAAN VİDEO
Hazırda oxunan: Tbilisidə nümayişçilər Rusiya bayrağını YANDIRDILAR - ANBAAN VİDEO
192813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.