Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Annalena Berbok Avropa Şurası XİN Komitəsinin Strasburqda keçirilən iclası çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya XİN-nin rəsmi “X” hesabında məlumat paylaşılıb.
“Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var. İndi dialoqu davam etdirmək çox vacibdir”, - deyə Berbok Mirzoyanla danışıqlar zamanı bildirib.
O, görüş zamanı Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb.
#Armenia and #Azerbaijan have a historic opportunity for peace. In talks with her ?? counterpart @AraratMirzoyan , @ABaerbock emphasised Germany's willingness to continue supporting the peace process. It is crucial to continue the dialogue now.
— GermanForeignOffice (@GermanyDiplo) May 17, 2024
Bizim.Media