Türkiyə rəsmisi azərbaycanlılarla bağlı ABŞ rəhbərliyinə çağırış etdi

Türkiyə rəsmisi azərbaycanlılarla bağlı ABŞ rəhbərliyinə çağırış etdi

Hazırda oxunan: Türkiyə rəsmisi azərbaycanlılarla bağlı ABŞ rəhbərliyinə çağırış etdi

19258

"ABŞ-da bir qrup ekstremist erməni tərəfindən Azərbaycan bayrağına bürüdülmüş müqəvvanın asılaraq edam edilməsinin sevinclə qarşılanması və azərbaycanlıların açıq-aşkar təhdid olunduğu nümayişin keçirilməsi aparılan təşviqatın nəticəsidir".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tvitterdə yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyə Qarabağın bərpasında iştirak edəcək” - Fahrettin Altun


"1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunu şəhid edən erməni terrorçu Hampinq Sasunyan mart ayında sərbəst buraxılıb. Bu qatillərin cəzasız qalmasının sadəcə yeni nəsil ekstremistlərin tərəfdarlarının cəsarətləndirilməsinə xidmət edəcəyi barədə xərəbdarlıq etmişdik."

"Tarixi təhrif etmək ABŞ-da yaşayan azərbaycanlıları təhdid edən erməni ekstremistlərini daha da cəsarətləndirir. Bu vəziyyətdən narahatıq. Bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğumuzu bildirir, ABŞ rəhbərliyini lazım olan tədbirləri görməyə çağırırıq."

"Mayın 1-də Los-Ancelesdə erməni terrorçular tərəfindən şəhid edilən diplomatlarımızla bağlı sərgimiz açılacaq", - o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO