Ermənistandakı aksiyaların arxasında hansı güclər dayanır? – Rus və erməni politoloqlardan ÖZƏL AÇIQLAMA

Ermənistandakı aksiyaların arxasında hansı güclər dayanır? – Rus və erməni politoloqlardan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Ermənistandakı aksiyaların arxasında hansı güclər dayanır? – Rus və erməni politoloqlardan ÖZƏL AÇIQLAMA

192179

Aprelin 19-da Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı səkkizinci iclasdan sonra 4 kəndin Azərbaycana qaytarılması qərara alındı. Bundan əlavə, iki ölkə arasında ilk rəsmi sərhəd dirəkləri basdırıldı.

Bu proseslər isə Ermənistan cəmiyyətində birmənalı qarşılanmadı və erməni müxalifəti kəndlərin qaytarılmasının qəbuledilməz olduğunu düşünərək etiraz aksiyası keçirməyə başladı. Etirazlara erməni kilsəsi də qoşuldu ki, etirazlara “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik etməyə başladı.
 

MÖVZU İLƏ BAĞLI:

Əlbir olub kilsə Köçəryan ilə... – Paşinyanı “ovlaya” biləcəklər?


Hazırda Ermənistanın müxtəlif bölgələrində etiraz aksiyaları davam edir. Etirazçılar əsasən magistral yolları bağlayır və İrəvanın mərkəzində aksiyalarını davam etdirirlər. Onlarla insan polis tərəfindən saxlanılsa da, gərginlik günü-gündən artır. Diqqət yetirilməli olan ən mühüm məqamlardan biri də odur ki, etirazların arxasında duran siyasi güc Ermənistanın keçmiş prezidenti Robert Köçəryanındır.

“Köçəryan açıq oynasa, hərəkat gözdən düşəcək”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan erməni fəal və bloger Natali Aleksanyan, proseslərin arxasında Köçəryanın olduğunu təsdiqləyib:

“Köçəryan Ermənistanın gələcəyini Rusiya və Belarusla vahid dövlətin tərkib hissəsi kimi görür və Ermənistanda çevriliş etmək planlarından danışır. Köçəryan kilsə rəhbərlərinin hərəkata rəhbərlik edəcəyini bildirir. Özü isə gündəmə gəlməkdən çəkinir, çünki varlığı ilə istənilən hərəkatı gözdən sala biləcəyini anlayır. Məncə, bu mövzuda şərhlər lazımsızdır. Bütün suallara Robert Köçəryan özü hərtərəfli cavab verib”, - deyə Aleksanyan qeyd edib. 

Bu vəziyyət Rusiyanın hadisələrdə rolunun olması məsələsini gündəmə gətirir. 

Köçəryanın Kremlə yaxın olması, Paşinyanın Rusiya ilə pisləşən münasibətləri onu deməyə əsas verir ki, Moskva Ermənistan hakimiyyətində sadiq xidmətçisi Köçəryanı görmək istəyir. 

Rusiyalı politoloq Vadim Dubnov isə Moskvanın Ermənistandakı etirazlarda əli olmasını inkar edir:

“Düşünürəm ki, bu, Köçəryanın rolu haqqında bir qədər sadələşdirilmiş təsəvvürdür. Orada Paşinyandan narazı olan kifayət qədər müxtəlif qüvvələr birləşib. Lakin bu narazılıq onu devirmək üçün kifayət deyil. Moskva baş verənləri yaxından izləyir və vəziyyəti çox yaxşı başa düşür. Moskva anlayır ki, Ermənistanın Moskvaya qarşı kifayət qədər məhdud resursu var. Bu resurslar daha çox müxtəlif simvolik tədbirlərlə məhdudlaşır”.

Vadim Dubnov hesab edir ki, hazırda Rusiyanın Cənubi Qafqazdakı sülhə daha çox ehtiyacı var. Elə bu səbəbdən də, proseslərin gərginləşməsində maraqlı tərəf deyil:

“Moskvada Paşinyan və Putin görüşündə tərəflərin bir-birilərinə qarşı ölümcül addımlar atmamaq niyyətləri ifadə olunub. Rusiya da bu prosesi davam etdirəcək və Ermənistanla Azərbaycan arasında normallaşma prosesini dəstəkləyəcək. Çünki Moskva bu istiqamətdə daha çox maraqlıdır”, - deyə V.Dubnov əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO