Bu gün İrəvanda Paşinyanın əleyhinə növbəti aksiya keçiriləcək

Bu gün İrəvanda Paşinyanın əleyhinə növbəti aksiya keçiriləcək

Hazırda oxunan: Bu gün İrəvanda Paşinyanın əleyhinə növbəti aksiya keçiriləcək

191700

Bu gün Ermənistanın paytaxtı İrəvanda Paşinyan hakimiyyəti əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Mənbə qeyd edir ki, “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan saat 18:30-da “olduqca vacib mitinqin keçiriləcəyini və aksiya zamanı bir çox vacib mesajların olacağını” deyib. 

O, bütün erməniləri aksiyaya dəvət edib.

Xatırladaq ki, etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər. Onlar mayın 12-də də aksiya keçiriblər. Aksiya zamanı 12 nəfər saxlanılıb.
Yeri gəlmişkən, Ermənistan mayın 15-dək Qazaxın işğalda olan 4 kəndini (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızıl Hacılı) geri qaytarmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO