Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefa tələbinə cavab verməməsi səbəbilə parlamentdə onun impiçmenti proseduruna başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Respublika meydanında keçirilən mitinqdə arxiyepiskop Baqrat Qalstanyan bəyan edib.
“Nikol Paşinyan xalqın istefa tələblərinə könüllü olaraq məhəl qoymadığına görə, biz onu buna məcbur edəcəyik. İlk addım isə Paşinyanın parlamentdə impiçment edilməsidir. Tezliklə, parlamentdəki üç fraksiya ilə bunu müzakirə edəcəyik”, - deyə Qalstanyan bildirib.
O qeyd edib ki, nə qədər çətin olsa da, mübarizəni davam etdirəcəklər. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri bu gecəni Respublika meydanında keçirəcəyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
20:46 / 09.05.2024
VAXT BİTDİ! Ermənistan müxalifəti Paşinyanın impiçmentinə başlayır
Hazırda oxunan: VAXT BİTDİ! Ermənistan müxalifəti Paşinyanın impiçmentinə başlayır
Hazırda oxunan: VAXT BİTDİ! Ermənistan müxalifəti Paşinyanın impiçmentinə başlayır
191279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.