Xəbər verdiyimiz kimi dünən Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley tədbiri keçirilib. Tədbirdən sonra isə Vladimir Putinlə Nikol Paşinyanın təkbətək görüş baş tutub. Son dövrlərdə Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan soyuqlaşma fonunda iki ölkə liderlərinin görüşü maraqla gözlənilirdi.
Yayılan məlumatlara görə, görüş zamanı əsas müzakirə mövzusu regional təhlükəsizlik olub. Erməni mətbuatının iddiasına görə isə müzakirələr nəticəsində Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı razılıq əldə olunub.
Bəs, sözügedən görüş iki ölkə arasında münasibətlərin gedişinə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media- ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, məsələyə iqtisadi baxımdan yanaşsaq, Ermənistanın Rusiyadan uzaqlaşmaq kimi bir lüksü yoxdur:
“Ermənistan iqtisadi cəhətdən tamamilə Rusiyadan asılıdır. Ermənistan ixracının 80 faizə yaxını Rusiyanın payına düşür. İdxalda da mənzərə fərqli deyil. Ona görə də Paşinyan Aİİ-nin tədbirinə qatılmaq zorunda idi. Bu məsələdə Ermənistan üçün alternativ yoxdur. Amma iqtisadi əlaqələrin saxlanılması üçün də siyasi münasibətlər normal olmalıdır. Ona görə də Ermənistan lideri Rusiya lideri ilə dil tapmağa çalışır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
15:20 / 09.05.2024
“Ermənistanın Rusiyadan başqa alternativi yoxdur” – Elmar Məmmədyarov
Hazırda oxunan: “Ermənistanın Rusiyadan başqa alternativi yoxdur” – Elmar Məmmədyarov
Hazırda oxunan: “Ermənistanın Rusiyadan başqa alternativi yoxdur” – Elmar Məmmədyarov
191223
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.