Bəzi qüvvələr Tavuş (Qazaxla sərhəddə yerləşən Tovuzqala - red.) vilayətində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını istəmirdilər.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.
Onun fikrincə, delimitasiyadan imtina müharibəyə səbəb olacaqdı:
"Yaxşı, hörmətli jurnalistlər, hörmətli din xadimləri, yepiskoplar, Katolikos həzrətləri, siz deyirsiniz ki, bu gündən delimitasiyanı dayandıraq... Bəs onda nə olacaq? Onda təkcə bir şey olacaq - müharibə. Delimitasiyaya son qoyulmasını tələb edən qüvvələr bəzi ərazilərimizin itirilməsinə şərait yaradırlar".
Xatırladaq ki, mayın 15-dək Ermənistan Qazaxın işğalda olan 4 kəndini Azərbaycana geri qaytarmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Region
14:34 / 07.05.2024
Paşinyan Katalikosa səsləndi: "Delimitasiya olmasa, müharibə olacaq"
Hazırda oxunan: Paşinyan Katalikosa səsləndi: "Delimitasiya olmasa, müharibə olacaq"
Hazırda oxunan: Paşinyan Katalikosa səsləndi: "Delimitasiya olmasa, müharibə olacaq"
190885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.