Dünən İrəvanda “1896” adlı barda bloger Mika Badalyan və bir qrup şəxs “1in.am” saytının aparıcısı və jurnalisti Jirair Voskanyana qarşı zorakılıq tətbiq ediblər.
Bizim.Media xəbər verir ki, agentliyin redaktorları hüquq-mühafizə orqanlarının əməkdaşlarından dərhal tədbir görməsini və hadisənin bütün təfərrüatlarının araşdırılmasını tələb ediblər.
“1in.am” saytının redaksiya heyəti qeyd edib ki, Mika Badalyan arxiyepiskop Baqrat Qalstanyanın İrəvana yürüşünün tərəfdarıdır və Nikol Paşinyana nifrət edən şəxsdir:
"Onu, həmçinin Rusiyada yaşayan erməni jurnalist Marqarita Simonyan və Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da dəstəkləyir".
Nəşr jurnalistə qarşı zorakılıq edən Mika Badalyanın ciddi şəkildə cəzalandırılmasını tələb edib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:57 / 06.05.2024
Paşinyana qarşı çıxan arxiyepiskopun tərəfdarları erməni jurnalistini ƏLƏ SALDILAR
Hazırda oxunan: Paşinyana qarşı çıxan arxiyepiskopun tərəfdarları erməni jurnalistini ƏLƏ SALDILAR
Hazırda oxunan: Paşinyana qarşı çıxan arxiyepiskopun tərəfdarları erməni jurnalistini ƏLƏ SALDILAR
190629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.