Bağdadda xəstəxanada yanğın zamanı ölənlərin sayı durmadan artır

Bağdadda xəstəxanada yanğın zamanı ölənlərin sayı durmadan artır

Hazırda oxunan: Bağdadda xəstəxanada yanğın zamanı ölənlərin sayı durmadan artır

19056

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı artıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli “Al Arabiya” telekanalı məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Məscidi partlatmaq istədi – Kəşfiyyatçılar ələ keçirdi


​​​​​​​"İbn əl-Xətib" xəstəxanasında yanğın qurbanlarının sayı 90 nəfərə çatıb", - telekanal bildirib.

Daha əvvəl İraqın Daxili İşlər Nazirliyi bildirib ki, hadisə zamanı 82 nəfər həlak olub, daha 110 nəfər xəsarət alıb.

Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.

Məlumata əsasən, xəstəxananın reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO