Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO

Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO

Hazırda oxunan: Ermənilər Azərbaycanla delimitasiya əleyhinə Xeyrimlidən İrəvanadək yürüş keçirirlər - VİDEO

190424

“Vətən üçün Tavuş” hərəkatı Azərbaycanla ərazi güzəştlərinə son qoyulması tələbi ilə sərhəddə yerləşən Xeyrimli kəndindən İrəvana qədər yürüşə başlayıb, 

Bizim.Media xəbər verir ki, bu barədə Xeyrimlidə erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bildirib.

“Hərəkat öz tərəfdarları ilə İrəvana getməyi və xalqımızın əvvəldən tələb etdiyi kimi, hökumətə ünvanladığı suallara cavabların verilməsini və Azərbaycanla delimitasiya prosesinə son qoyulmasını tələb etmək qərarına gəlib”, - deyə Qalstanyan qeyd edib.

Baqrat Qalstanyanın sözlərinə görə, yürüşün mayın 9-da günorta saatlarında İrəvana çatması planlaşdırılır. O, bəyan edib ki, hərəkatı təkcə Tavuşun deyil, Ermənistanın bütün rayonlarının sakinləri dəstəkləyir və Ermənistanın digər rayonları və qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO