“Azərbaycanla sərhəd delimitasiya olunmadığından müəyyən münaqişə riski var. Bu riski minimuma endirmək üçün biz münaqişə potensialının yüksək olduğu yerlərdən delimitasiyaya başlayırıq ki, vəziyyət nəzarətdə saxlanılsın”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, sərhədlərin delimitasiyası uzun bir prosesdir:
“Biz Almatı Bəyannaməsi əsasında sərhədlərin yenidən qurulması paketini hazırlayırıq. Proses haradasa başlamalıdır, sonra biz “yerdə” əldə etdiyimiz təcrübəni hansısa formatda parlamentin təsdiqinə təqdim edəcəyik, sonra isə bu mandata uyğun olaraq bütün prosesi davam etdirəcəyik”.
Paşinyan bildirib ki, delimitasiya prosesi zamanı Ermənistan hökuməti qarşısında təkcə ayrı-ayrı bölmələr üzrə deyil, həm də Ermənistan Respublikası ilə Azərbaycan arasında bütün sərhədin bərpası üçün hüquqi əsaslar yaradan prinsipin qəbul edilməsi vəzifəsi qoyulub.
Bizim.Media
- A-
- A
- A+
Region
23:15 / 01.05.2024
Paşinyan: “Qarşımızda Azərbaycanla sərhədin bərpasına dair vəzifələr qoyulub”
Hazırda oxunan: Paşinyan: “Qarşımızda Azərbaycanla sərhədin bərpasına dair vəzifələr qoyulub”
Hazırda oxunan: Paşinyan: “Qarşımızda Azərbaycanla sərhədin bərpasına dair vəzifələr qoyulub”
189983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.