Prezidentin köməkçisi:

Prezidentin köməkçisi: "Ermənistanın muzdlu dəstələrində Kanada vətəndaşları da var"

Hazırda oxunan: Prezidentin köməkçisi: "Ermənistanın muzdlu dəstələrində Kanada vətəndaşları da var"

1896

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən gətirilmiş muzdlular var”.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, VOMA terror təşkilatında da 300-dən artıq muzdlu cəmləşib: “Ermənistanın muzdlu dəstələrində Livan, Suriyadan tutmuş Kanadaya qədər ölkələrin vətəndaşları var. Fransanın radikal təşkilatının nümayəndəsinin də Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək üçün dəstə topladığı barədə məlumatlar var. Eyni zamanda PKK üzvlərinin də işğal olunmuş ərazilərdə olması barədə məlumatlar mövcuddur”.

Hikmət Hacıyev Ermənistanın bu sahədə fəaliyyəti qadağan edən BMT konvensiyasını tez-tələsik qəbul etməklə diqqəti yayındırmaq, riyakarlıq etmək istədiyini söyləyib. Azərbaycan isə bu konvensiyaya 23 ilə əvvəl qoşulub:

"Ermənistan müxtəlif səhnəciklər təşkil etməklə guya Azərbaycanın muzdlulardan istifadə etdiyini iddia edir. Ermənistan döyüş meydanında məğlubiyyətini gizlətmək üçün fantaziyalar irəli sürür və öz uğursuzluqlarını gizlətmək istəyir. Azərbaycanın hər hansı muzdlulara ehtiyac yoxdur”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, “7-ci günün adventistləri” qrupuna daxil  olan şəxs də Ermənistan tərəfindən Azərbaycana keçib və müvafiq açıqlamalarla çıxış edib:

“7-ci günün adventistləri” də digər dini azlıqlar kimi Ermənistan ərazisində sıxışdırılır. Azərbaycan ərazisində bu icma ilk dəfə əsrin əvvəlində Şuşada fəaliyyətə başlayıb. Azərbaycanda digər dini icmalara olan kimi bu icmaya da dözümlü münasibət göstərilib”.

Hazırda Gəncə və Bakıda bu icmanın nümayəndəliklərinin fəaliyyət göstərdiyini deyən Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin sıralarına bu  şəxslərin məcburi daxil edildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO