Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq ermənilər İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, bundan əvvəl İrəvandan Sevana və Dilicana gedən yollar da qapanıb.
Xatırladaq ki, may ayının 15-dək rəsmi İrəvan Qazaxın işğalda olan 4 kəndini geri qaytaracaq. Bununla bağlı hər iki ölkənin mütəxəssisləri sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlayıblar.
Bizim.Media