“Erməni soyqırımı” xəstə təfəkkürün məhsuludur - Veteranlar Təşkilatının sədr müavini

“Erməni soyqırımı” xəstə təfəkkürün məhsuludur - Veteranlar Təşkilatının sədr müavini

Hazırda oxunan: “Erməni soyqırımı” xəstə təfəkkürün məhsuludur - Veteranlar Təşkilatının sədr müavini

18889

Məlum olduğu kimi, hər il aprelin 24-ü ermənilər tərəfindən qondarma “soyqırımı günü” kimi qeyd edilir. Tarixi həqiqəti əks etdirməyən “erməni soyqırımı” tamamilə absurd və xəstə təfəkkürün məhsuludur.

Bizim.Media xəbər verir ki, bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, qondarma “erməni soyqırımı” iddiasının heç bir fakta istinad etmədiyi, tarixi həqiqətlərə deyil, siyasi qərarlara söykəndiyi hər kəsə məlumdur.

Lakin təəssüf ki, həm Ermənistan və erməni diaspor təşkilatları, həm də bəzi dövlətlər bundan Türkiyəyə qarşı siyasi təzyiq məqsədilə istifadə etməyə, onun imicinə, tarixdə oynadığı sülhpərvər missiyaya kölgə salmağa çalışırlar. Onların məqsədi tarixi saxtalaşdırmaq, Türkiyəyə qarşı yeni tələb və iddialar üçün zəmin formalaşdırmaqdır.

Halbuki, 1915-ci ildə Türkiyədəki ermənilərin yaşadıqları ölkəyə xəyanət edərək qiyam qaldırdıqları, minlərlə türkü – uşağı, qocanı, hamilə qadını qətlə yetirmələri ilə bağlı çoxsaylı və təkzibedilməz tarix faktlar mövcuddur.

Yəni, ermənilər 1915-ci ildəki olayların qurbanları deyil, türk xalqına qarşı törədilən soyqırımının icraçılarıdır.

Belə olan halda, ermənilərin özlərinin etdikləri cinayətləri Türkiyənin boynuna qoymaq cəhdləri siyasi həyasızlıqdan və əxlaqsızlıqdan başqa bir şey deyil.

Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin yanında yer aldığına vurğulayan Cəlil Xəlilov bu həqiqətin bundan sonra da dəyişməz qalacağını bildirib.

O deyib: “Azərbaycan və Türkiyə tarixin ən keşməkeşli dövrlərində belə bir-birinin yanında olublar. Azərbaycan da hər bir işdə olduğu kimi, erməni yalanlarına qarşı mübarizədə də qardaş Türkiyənin yanında olub və bundan sonra da olacaq. Biz Türkiyə ilə birlikdə ermənilərin qondarma “soyqırımı” iddialarını ifşa etməkdə davam edəcək və bütün dünyaya türk dünyasının haqq səsini çatdıracağıq. Qondarma “erməni soyqırımı” iddiası sadəcə Türkiyəyə deyil, bütün türk dünyasına atılan iftiradır və bu tarixi yalana qarşı mübarizədə qardaş ölkəyə dəstək olmaq bizim borcumuzdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO