Ermənistanda ictimai fəallar saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.
Mənbə yazır ki, polis “Vətən naminə Tavuş” təşəbbüsünün fəallarını saxlayıb. Saxlanılanlar arasında politoloq Suren Petrosyan və ehtiyatda olan polkovnik Mihran Mahsudyan da var.
Məlumata görə, onlar Qazaxın Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən, Azərbaycana təhvil veriləcək kəndlərində etirazlarda iştirak etdikləri üçün saxlanılıblar.
Bizim.Media